“Putin özünü əsl centlmen kimi apardı” - Tramp

  “Putin özünü əsl centlmen kimi apardı” -    Tramp
  19 Aprel 2020    Oxunub:3659
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərin ən yaxşı şəkildə inkişaf etdiyini bildirib.
Azvision.az "Reuters"ə istinadla xəbər verir ki, Tramp Rusiya ilə çox gözəl qarşılıqlı əlaqələrin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, neft hasilatını azaltmaq üçün sazişin müzakirəsi zamanı rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman İbn Əbdüləziz Əl-Səud ilə sıx təmasda olub

"Putin özünü əsl centlmen kimi apardı və bizim etdiklərimiz həqiqətən vacib idi", - deyə Tramp əlavə edib.

Xatırladaq ki, aprelin 12-də OPEC + ölkələri may-iyun aylarında neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə razılığa gəldilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Rusiya   OPEC  





Xəbər lenti