662 Türkiyə vətəndaşı Azərbaycandan təxliyə ediləcək
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar Türkiyə 59 ölkədə olan 25 min vətəndaşını geri qaytaracaq. Bununla bağlı “Türk Hava Yolları” 195 uçuş həyata keçirəcək.
Həmçinin, Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosova, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan, Avstriya, Slovakiya, Mərakeş, Tailand, Çernoqoriya, Danimarka, Qana, Seneqal, Benin, Qatar, Efiopiya, Somali, Mavritaniya, Niger, Keniya, Banqladeş, Pakistan, Malayziya, Sinqapur, Hindistan, Bosniya və Herseqovinada olan türk vətəndaşları da təxliyə ediləcəklər.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Türkiyə