Azərbaycanda sərnişin vaqonları zavodu tikilir

Azərbaycanda sərnişin vaqonları zavodu tikilir
  04 Yanvar 2014    Oxunub:1216
Azərbaycanda sərnişin vaqonları zavodunun tikilməsi məsələsinə baxılır.
Azərbaycanda sərnişin vaqonları zavodunun tikilməsi məsələsinə baxılır.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib. Hazırda mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işlərinin aparıldığını söyləyən A.Əsgərov bildirib ki, bu yaxınlarda Dnepropetrovskda təmir edilən 50 sərnişin vaqonu ölkəyə gətirilib. Həmin vaqonlar hazırda Bakı-Moskva və Bakı-Tbilisi beynəlxalq xətlərində işləyir.

Bundan əlavə, Çexiya və Rusiya zavodlarında da vaqonların təmiri həyata keçirilir. Sərnişin və yük vaqonlarının təmiri mütəmadi olaraq davam etdirilir.


Teqlər:





Xəbər lenti