Çörək almaq üçün mağazaya dron göndərdi - FOTO

Çörək almaq üçün mağazaya dron göndərdi -  FOTO
  20 Aprel 2020    Oxunub:3730
Türkiyədə koronavirusa görə evdən çıxa bilməyən sakin marketdən çörəyi dronla alıb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, maraqlı hadisə Rizə şəhərinin Pazar rayonunda baş verib.

Belə ki, hündür mərtəbəli binada yaşayan Murad Namlı adlı şəxs evdən çıxmadan ərzaq məhsullarını dron vasitəsilə almağa qərar verib. O, bu məqsədlə ərzaq mağazasının satıcısına zəng edərək sifarişlərini 700 metr yüksəklikdən idarə etdiyi aparata bağlamasını xahiş edib. Nəticədə istəyinə nail olub.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti