KİV: Kim Çen Inın səhhəti pisləşib

    KİV:    Kim Çen Inın səhhəti pisləşib
  21 Aprel 2020    Oxunub:4123
Koreya Xalq Demokratik Respublikasının ( KXDR) lideri Kim Çen Inın səhhətində ciddi problem yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə CNN ABŞ-dakı rəsmi mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyatdan sonra Şimali Koreya liderinin ciddi sağlamlıq problemləri özünü göstərib.

Qeyd edilib ki, Kim Çen In sonuncu dəfə ictimaiyyət qarşısında aprelin 11-də görünüb. Cənubi Koreyadakı mənbələr isə onun səhhətinin pisləşdiyini müşahidə etmədiklərini bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KXDR   Kim-Çen-In  





Xəbər lenti