İranda daha 88 nəfər koronavirusdan öldü

İranda daha 88 nəfər koronavirusdan öldü
  21 Aprel 2020    Oxunub:2803
İranda sutka ərzində koronavirusdan 88 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nünayəndəsi Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə infeksiya qurbanlarının ümumi sayı 5297 nəfərdir.

Sutka ərzində daha 1297 nəfərdə koronavirus aşkarlanıb və ümumi yoluxma halı 84 802 nəfərə çatıb. Sağalan xəstələrin sayı 60 965-dir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti