Tramp ABŞ-a immiqrasiyanı dayandırır

 Tramp ABŞ-a immiqrasiyanı dayandırır
  22 Aprel 2020    Oxunub:2213
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlara miqrasiya axınını müvəqqəti donduracağını bildirib.
Azvision.az -ın məlumatına görə, ABŞ rəhbəri ölkəyə iki aya qədər immiqrasiyanın müvəqqəti qadağası haqqında fərman imzalayacağını qeyd edib.

Onun sözlərinə görə, məhdudiyyət ABŞ-da daimi yaşamaq üçün sənəd - "Green Card" almaq istəyənlərə şamil olunacaq.

Bundan əvvəl Tramp koronavirusun Amerikada yayılmasının qarşısını almaq üçün Çin və Avropadan ABŞ-a girişə qadağa qoymuşdu. Amma Prezident öz bəyanatında bizneslə məşğul olmaq və yaxınlarını, qohumlarını görmək istəyən səyahətçilərin ölkəyə girişini qadağan edib- etməyəcəyini tam açıqlamayıb.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti