İran ilk hərbi peykini orbitə göndərdi

 İran ilk hərbi peykini orbitə göndərdi
  22 Aprel 2020    Oxunub:3462
İran ilk hərbi peykini orbitə buraxıb.
Azvision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bildirilib ki, İran "Nur" adlı ilk hərbi peykini "Qasid" ikipillələri raket daşıyıcısının köməkliyi ilə 425 kilometrlik orbitə çıxarıb. Peykin buraxılışı İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran  





Xəbər lenti