Ukraynada bir gündə 467 nəfər koronavirusa yoluxdu

Ukraynada bir gündə 467 nəfər koronavirusa yoluxdu
  22 Aprel 2020    Oxunub:2317
Ukraynada son sutka ərzində 467 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 6592 nəfərə çatıb. Son sutkada 13 nəfər dünyasını dəyişib. Hazırda pandemiya qurbanlarının sayı 174 nəfərdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti