Masazır-Novxanı yolunun bir hissəsi yenidən qurulub
İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınması və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilib. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilib. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilib.
Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilib və qarışdırılıb. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb və kipləşdirilib.
Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxarır.
Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin ardınca asfaltlanma işləri görülüb. Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənib. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri də aparılıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yola üfiqi nişanlanma xətləri çəkilib. Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Azvision.az