Axtarışda olan terrorçu qumar oynayarkən tutuldu

Axtarışda olan terrorçu qumar oynayarkən tutuldu
  22 Aprel 2020    Oxunub:2540
Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçusu qumar oynayarkən ələ keçirilib.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, 2014-cü ildən axtarışda olan terrorçu ictimai yerlərdə gəzərkən qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edib. Saxlanılan şəxs terroru təbliğ etməkdə və narkotik maddələrin ticarəti ilə məşğul olmaqda günahlandırılır.

R.Y. jandarma tərəfindən həbs edilərək Diyarbəkir həbsxanasına yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Terrorçu  





Xəbər lenti