Zelenski Saakaşviliyə vəzifə təklif etdi

 Zelenski Saakaşviliyə vəzifə təklif etdi
  22 Aprel 2020    Oxunub:2281
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşviliyə Baş Nazirin müavini vəzifəsini təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə Saakaşvili "Facebook" səhifəsində yazıb.

Keçmiş Prezident bildirib ki, belə bir təklif onun üçün böyük şərəfdir və bununla bağlı Ukraynanın Baş Naziri Denis Şmıqalla müzakirələr aparıb.

"Bu təklifə və qərarıma çox böyük məsuliyyətlə yanaşıram. Çünki ölkə üçün çox çətin bir vaxtdır. Qarşıda iqtisadiyyatda və ümumilikdə ölkə həyatında çox çətin dövr gözləyir. İndi qərarlarımızda və islahatlarımızda cəsarətli olmaq lazımdır",- deyə Saakaşvili bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Saakaşvili  





Xəbər lenti