“Bir aydan çoxdur ki, istirahətsiz işləyirəm” - Zelenski

“Bir aydan çoxdur ki, istirahətsiz işləyirəm” -  Zelenski
  22 Aprel 2020    Oxunub:2749
Ukrayna Prezidenti Vladimir Zelenski bir aydan çoxdur ki, istirahətsiz işləyir.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski "Ukrayna 24" telekanalında yayımlanan "Prezident Zelenskinin ili" filmində deyib.

"Bir aydan çoxdur istirahət günləri yoxdur. Deməli, sən kiməsə lazımsan, sənin işin bütün insanlara və mənim üçün şəxsən lazımdır".

O qeyd edib ki, iş yerində həyatını yaşayır və prezidentliyə alışmır. Zelenski özünün və ailəsinin daim qoruma altında olmasınının narahatlıq verdiyini söyləyib.

Bundan başqa, Ukrayna Prezidenti maraqlı bir hadisə barədə danışıb: "Axşam işdən çıxıb, evə gəldim. Gördüm ki, heç kim məni qarşılamır. Dəhlizdən keçib otağa daxil oldum. Gördüm oğlum və həyat yoldaşım televizora baxır. Orada isə mənim müraciətim səslənir. Dedim, niyə məni heç kim qarşılamır. Oğlum Kirill, "ata, sakit ol, Prezident çıxış edir" dedi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski  





Xəbər lenti