"Koronavirus" adlı virtual foto sərgi hazırlandı - VİDEO
Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların da xüsusi yeri var. Onlar öz sağlamlığını təhlükə altına ataraq, karantin günlərində virusun yaratdığı fəsadları foto kameralarının yaddaşına həkk edə biliblər. Çünki bu gün onların çəkdiyi fotolar sabah üçün tarix hesab olunacaq.
“Kreativ Azərbaycan” portalının başlatdığı “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan “Gilavar” “Koronavirus” adlı virtual fotosərgi hazırlayıb.
Virtual sərginin yaradılmasında məqsəd həm insanların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, həm də fotoqrafların tarix yazdığı fotoları bir yerə toplamaqdır.
19 fotoqrafın pandemiya dövründə çəkdiyi 56 foto içərisində Azvision.az -ın əməkdaşı Şahin Sərdarovun əl işi də sərgilənir.
Teqlər: Sərgi