ABŞ-ın neft planı: Səudiyyənin cavabı necə olacaq?

      ABŞ-ın neft planı:    Səudiyyənin cavabı necə olacaq?
  23 Aprel 2020    Oxunub:2196
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından neft idxalını məhdudlaşdırmaq qərarına gəlsə, krallıq Birləşmiş Ştatlara istiqamətlənmiş tankerləri digər ölkələrə yönləndirəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda Birləşmiş Ştatların idxalı dayandıracağı təqdirdə yüklərin digər ölkələrə yönləndirə bilmək imkanları öyrənilir. Məlumata görə, 40 milyon barelə yaxın neft ABŞ-a yola salınıb və yaxın günlərdə ölkəyə çatmalıdır.

Dünən ABŞ-ın enetgetika naziri Dan Bruyett Trampın ölkənin neft və qaz sektoruna dəstək üçün bütün variantları, o cümlədən Səudiyyə Ərəbistanından neft idxalına qadağa qoyulmasını nəzərdən keçirdiyini söyləyib.

Səudiyyə Ərəbistanının ən böyük neft alıcıları ABŞ-ın qərb sahilləri boyunca yerləşirlər. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına əsasən, Səudiyyədən neft idxalının təxminən yarısı bu bölgənin payına düşür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Neft  





Xəbər lenti