“Şeytanları evimə və ailəmə yaxın buraxmıram” - Ramzan Kadırov

“Şeytanları evimə və ailəmə yaxın buraxmıram” -  Ramzan Kadırov
  24 Aprel 2020    Oxunub:3419
Çeçenistan lideri Ramzan Kadırov evində gizli həbsxananın olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Azvision.az -ın məlumatına görə, "İnstagram"da canlı yayım zamanı suallara cavab verən Kadırov bildirib ki, bu cür xəbərləri psixi sağlamlığı yerində olmayan insanlar yayır.
"İstintaq komitəsindən, prokurorluqdan yanıma gəldilər. Zirzəmiləri, qazanxananı yoxladılar, heç nə tapmadılar. Şeytanları evimə və ailəmə yaxın buraxmıram. Bunun üçün qanunda nəzərdə tutulmuş yerlər - istintaq təcridxanaları, həbsxanalar var. Onlarla səlahiyyətli orqanlar işləyir. Mən qanuna tabe olan vətəndaşam. Bu cəfəngiyyata əhəmiyyət verməyin. Bu, xəstə fantaziyaların beyin məhsuludur",- deyə Kadırov vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çeçenistan  





Xəbər lenti