Ukraynada bir gündə 477 nəfər koronavirusa yoluxdu

Ukraynada bir gündə 477 nəfər koronavirusa yoluxdu
  24 Aprel 2020    Oxunub:1775
Ukraynada son sutka ərzində daha 477 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə virusa yoluxanların ümumi sayı 7647 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı isə 6 nəfər artaraq 193-ə yüksəlib. İndiyədək 601 nəfər koronavirusdan sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti