4,5 faiz daha çox neft məhsulları göndərilib

4,5 faiz daha çox neft məhsulları göndərilib
  05 Yanvar 2014    Oxunub:1092
İstehlakçılara 4,5 faiz daha çox neft məhsulları göndərilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın neft sənayesinin işçiləri tərəfindən 2013-cü ilin yanvar-noyabr aylarında istehlakçılara, ixrac da daxil olmaqla, 6,2 milyon ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox neft məhsulları göndərilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bunun 77,5 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilən, 22,5 faizi isə ixrac olunub. Neft məhsullarının 34,1 faizini dizel yanacağı, 20,7 faizini avtomobil benzini, 10 faizini aviasiya üçün ağ neft, 4,7 faizini neft bitumu, 3,9 faizini maye qaz, 3,8 faizini mazut yanacağı, 0,8 faizini sürtkü yağları, 22 faizini isə digər məhsullar təşkil edib.

Ölkə istehlakçılarına 4,8 milyon ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çox neft emalı məhsulları göndərilmişdir. Mazut yanacağı və sürtkü yağları istisna olmaqla, digər neft məhsullarının göndərilməsi artıb.


Teqlər:





Xəbər lenti