“Saakaşvili vəzifəyə təyin olunsa...” - Qaxariya Zelenskiyə şərt qoydu

“Saakaşvili vəzifəyə təyin olunsa...” -  Qaxariya Zelenskiyə şərt qoydu
  24 Aprel 2020    Oxunub:5351
"Belə bir qərar qəbul olunarsa, Kiyevdəki səfirimizi məsləhətləşmələr üçün geri çağıracağıq"
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Ukrayna Prezidenti Vladimir Zelenskinin sabiq ölkə rəhbəri Mixail Saakaşviliyə Baş Nazirin müavini postunu təklif etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Saakaşvili bu vəzifəyə təyin olunarsa, Gürcüstan səfiri Ukraynadan geri çağırıla bilər.

Baş Nazirin sözlərinə görə, Gürcüstanda ağır cinayətdə ittiham olunaraq axtarışa verilən şəxsin strateji tərəfdaş tərəfindən yüksək vəzifəyə təyin edilməsi qəti şəkildə qəbuledilməzdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Saakavili   Gürcüstan   Ukrayna  





Xəbər lenti