Afrikanın ən böyük səhra xəstəxanası 10 günə inşa edilib - VİDEO

Afrikanın ən böyük səhra xəstəxanası 10 günə inşa edilib -    VİDEO
  25 Aprel 2020    Oxunub:4320
Mərakeşin və Afrikanın ən böyük səhra xəstəxanası 10 gün ərzində inşa edilib.
Azvision.az xəbər verir ki, 4 çadırla təchiz olunmuş bu xəstəxananın sahəsi 16 000 m2 təşkil edir. Pavilyonlar isə 15 000 m2 rezin və taxta materialla örtülüb.

Bununla yanaşı, 720 otaqda 10 000 m2 sahəni əhatə edən arakəsmələr, 1200 işıq projektorları, kişi və qadınlar üçün 50 ədəd daxili sanitar qovşaq, 50 ədəd daxili duş kabinası qurulub. Həmçinin, əlavə ventilyasiya işləri, elektrik və işıqlandırma işləri də mövcuddur. Xəstəxanaya 720 ədəd çarpayı və 1000 ədəd stul gətirilib.

Müxtəlif sahələri təmsil edən 15 şirkətin iştirak etdiyi tikinti prosesində müxtəlif peşə və sənət sahibi olan 270 nəfər 3 növbə üzrə gündə 24 saat (45300 iş saatı) işləməklə ən böyük səhra xəstəxanasını qurublar.



Günel İbrahimova
Azvision.az


Teqlər: Afrika   Xəstəxana  





Xəbər lenti