Türkmənistanda məscidlərə giriş qadağan edilməyib

Türkmənistanda məscidlərə giriş qadağan edilməyib
  25 Aprel 2020    Oxunub:3143
Türkmənistanda koronavirus pandemiyası fonunda müqəddəs Ramazan ayı ərzində məscidlərin ziyarət edilməsinə hər hansı məhdudiyyət qoyulmayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bütün dini tədbirlər ölkədə adi qaydada keçirilir, koronavirusa görə hər hansı qadağa yoxdur.

Dindarların sözlərinə görə, insanlar sərbəst şəkildə məscidlərə gedib cümə namazı qılır, digər dini mərasimlərdə iştirak edirlər.

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə koronavirusun olmadığını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ramazan   Məscid  





Xəbər lenti