Almaniyada koronavirusdan ölənlərin sayı 5.5 minə çatdı

Almaniyada koronavirusdan ölənlərin sayı 5.5 minə çatdı
  25 Aprel 2020    Oxunub:2774
Almaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 179 nəfər artaraq, 5.5 minə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilir ki, ölkədə virusa yoluxanların ümumi sayı 152 min 438 nəfərdir. Son sutka ərzində 3 min nəfər virusdan sağalıb. Bununla da ölkədə koronavirusa qalib gələn xəstələrin sayı 109.8 min olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus   COVİD-19  






Xəbər lenti