ABŞ Gürcüstana 64 milyon dollar vəsait ayırıb

ABŞ Gürcüstana 64 milyon dollar vəsait ayırıb
  25 Aprel 2020    Oxunub:2239
Vaşinqton Gürcüstanın müstəqil iqtisadi inkişafı və ölkənin Avroatlantik məkana inteqrasiyasını təşviq etmək üçün 64 milyon dollar vəsait ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfax" ABŞ-ın Tbilisidəki səfirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, maliyyə yardımın edilməsi iki ölkə arasında imzalanan müqavilələrin bir hissəsidir.

Qeyd edək ki, Gürcüstan və ABŞ 23 aprel 1992-ci ildə diplomatik münasibətlər qurublar. O vaxtdan bəri ABŞ Gürcüstana 4 milyard dollardan çox maddi yardım göstərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Gürcüstan  






Xəbər lenti