İtaliyada bəzi məhdudiyyətlər aradan qaldırılır

İtaliyada bəzi məhdudiyyətlər aradan qaldırılır
  26 Aprel 2020    Oxunub:2410
İtaliyada mayın 4-dən etibarən koronavirusla əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Cüzeppe Konte məlumat verib. O, bildirib ki, bəzi önəmli müəssisələr gələn həftədən işlərini bərpa edə biləcəklər.

"Hərəkət azadlığını tam bərpa edəcək vəziyyətdə deyilik. Hazırda daha sərt məhdudiyyətlərin yumşaldılması üzərində çalışırıq".

Baş Nazirin sözlərinə görə, hökumət sənaye, tikinti kimi sahələrdə işləri yenidən başlatmaq üzərində işləyir. Ölkədə restoran və barların açılması hələ gözlənilmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İtalya  





Xəbər lenti