Çin bəyan etdi: Uhanda koronavirus xəstəsi yoxdur

 Çin bəyan etdi:  Uhanda koronavirus xəstəsi yoxdur
  26 Aprel 2020    Oxunub:3861
Çinin Hubey əyalətinin Uhan şəhərindəki xəstəxanalarda hazırda koronavirus xəstəsi yoxdur.
Azvision.az xəbər verir ki, bunu Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin nümayəndəsi Mi Feng deyib.

Onun sözlərinə görə, Uhan və ölkənin digər yerlərindən gəlmiş həkimlərin birgə səyi nəticəsində şəhər xəstəxanalarında koronavirus infeksiyalı xəstə qalmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Uhan   Çin  





Xəbər lenti