Kim Çen Ina nə olub? - Səfir "xəbərim yoxdur" deyir

  Kim Çen Ina nə olub?  - Səfir "xəbərim yoxdur" deyir
  26 Aprel 2020    Oxunub:3684
Şimali Koreyanın Rusiyadakı səfiri ölkəsinin lideri Kim Çen Inın səhhətindən xəbərsizdir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dumasının KXDR parlamenti ilə əlaqələr üzrə işçi qrupun rəhbəri, Kommunist partiyasından seçilən deputat Kazbek Taysaev deyib.
O, bildirib ki, səfirliklə əlaqə saxlasa da, rəsmi məlumat olmadığından Kim Çen Inın səhhəti ilə bağlı yazılanları dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, son günlər xarici KİV-lərdə Şimali Koreya rəhbərinin səhhətinin pisləşməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun cərrahi əməliyyatdan sonra komaya düşdüyü, vəziyyətinin ağır olduğu bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti