Koronavirusdan sağalanların sayı 842 mini ötdü

   Koronavirusdan sağalanların sayı 842 mini ötdü
  26 Aprel 2020    Oxunub:3505
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 940 min 755 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 203 min 818 nəfərdir. İndiyədək 842 min 82 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  





Xəbər lenti