Türkiyədə koronavirusa yoluxma sayı 110 mini keçdi

 Türkiyədə koronavirusa yoluxma sayı 110 mini keçdi
  27 Aprel 2020    Oxunub:4262
Türkiyədə son sutka ərzində 99 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2357 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2805, yoluxanlar isə 110 min 130 nəfərə çatıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti