ABŞ-da COVİD-19-a yoluxanların sayı 954 mini ötüb

   ABŞ-da COVİD-19-a yoluxanların sayı 954 mini ötüb
  27 Aprel 2020    Oxunub:4133
ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlarda COVİD-19 virusuna yoluxanların sayı gün ərzində artaraq 954 min 182 nəfərə çatıb. Hazırda pandemiya qurbanlarının sayı 54 min 573 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə dünyada birinci yerdədir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti