Son hadisələr Qalatasarayı borclandırdı - SİYAHI

Son hadisələr Qalatasarayı borclandırdı - SİYAHI
  05 Yanvar 2014    Oxunub:1394
Qalatasaraya milyonlarla dollarlıq böyük zərbə..!
Türkiyə polisinin reallaşdırdığı rüşvət əməliyyatı nəticəsində son həftələrdə birjalarda yaşanan artım ən çox Qalatasaraya ziyan vurub.

Belə ki, İstanbul klubunun öz futbolçularına 17 dekabrdan öncə ödəməli olduğu rəqəm 101 milyon TL idi. Həmin əməliyyatdan sonrakı birja dalğalanmaları nəticəsində bu rəqəm artıq 107 milyon TL-yə çatıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qalatasarayın müqavilələri avro və dolların TL-yə nisbəti əsasında bağlanmış futbolçulara borcları fərdi olaraq, aşağıdakı kimi formalaşıb:


* Drogba: 4.5 milyon avro
* Sneijder: 4 milyon avro
* Hamit: 2 milyon avro
* Riera: 3 milyon avro
* Burak: 2.3 milyon avro
* Melo: 3.1 milyon avro
* Səlcuq: 2 milyon avro
* Muslera: 2 milyon avro
* Ümid: 1.8 milyon avro
* Eboue: 2.5 milyon avro
* Chedjou: 2.2 milyon avro
* Bruma: 1 milyon avro
* Ceyhun: 1 milyon avro
* Dany: 1 milyon avro
* Sabri: 1 milyon dollar
* Aydın: 900 min dollar
* Hakan: 1.2 milyon dollar
* G.Zan: 1.1 milyon dollar

Musavat.com


Teqlər:  





Xəbər lenti