Çin Kim Çen In üçün həkimlər göndərdiyini təsdiqləmədi

Çin Kim Çen In üçün həkimlər göndərdiyini təsdiqləmədi
  27 Aprel 2020    Oxunub:3069
Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) tibbi heyət göndərdiyini təsdiqləməyib.
Azvision.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Çuan Şimali Koreyaya koronavirusun aşkarlanması üçün test göndərdiklərini deyib, lakin tibbi heyətlə bağlı məsələyə birbaşa münasibət bildirməyib.

Diplomat vurğulayıb ki, hazırda dünyada koronavirus yayılmaqda davam edir və Çin həm öz ərazisində bununla mübarizə aparır, eyni zamanda, köməyə ehtiyacı olan ölkələrə yardım göstərir.

"KXDR lideri Kim Çen Inın səhhəti ilə bağlı məlumatlara və Çinin ora tibbi ekspert qrupu göndərməsinə gəlincə, hazırda məndə bununla bağlı təqdim edəcəyim heç bir məlumat yoxdur", - deyə XİN rəsmisi vurğulayıb.

Daha əvvəl "Reuters" agentliyi Çin hökumətinin Pxenyana həkimlərin daxil olduğu xüsusi qrup göndərməsi barədə məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koreya   KXDR  





Xəbər lenti