İspaniyada pandemiya qurbanlarının sayı 23,5 mini keçib

İspaniyada pandemiya qurbanlarının sayı 23,5 mini keçib
  27 Aprel 2020    Oxunub:2654
İspaniyada son sutka ərzində koronavirusa yoluxmadan 331 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiya başlayandan bəri 23 min 521 nəfər dünyasını dəyişib.

Son sutkada 1831 yoluxma qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 209 min 465-ə çatıb, 100 mindən çox insan isə xəstəlikdən sağalıb.

Qeyd edək ki, İspaniya hazırda koronavirus qurbanlarının sayına görə ABŞ və İtaliyadan sonra üçüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti