İranda 36 gündən sonra bir ilk qeydə alındı

   İranda 36 gündən sonra bir ilk qeydə alındı
  27 Aprel 2020    Oxunub:7793
İranda son sutka ərzində koronavirusa 991 nəfər yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, ölkədə ümumi yoluxma sayı 91 min 472-ə çatıb.

"36 gündən sonra bu gün demək olar ki, yoluxma sayı ilk dəfə olaraq üç rəqəmli - 991 olub",- Cahanpur deyib.

Nazirlik rəsmisi bildirib ki, bu günədək 70 min 933 xəstə koronavirusdan sağalıb, sutka ərzində isə 5806 sağalma, 96 ölüm faktı qeydə alınıb.

Pərvanə Sultanov
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti