Ermənipərəst konqresmen Baydenin namizədliyini dəstəklədi

 Ermənipərəst konqresmen Baydenin namizədliyini dəstəklədi
  27 Aprel 2020    Oxunub:3031
ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosi Co Baydenin prezidentliyə namizədliyini dəstəkləyib.
Azvision.az -ın məlumatına görə, Pelosi bildirib ki, Bayden ABŞ-ı koronavirus böhranından çıxarmaq iqtidarındadır.

O xatırladıb ki, Bayden böyük tənəzzül dövründə ölkədə milyonlarla iş yerinin yaradılmasına və saxlanılmasına imkan verən tədbirlər paketinin həyata keçirilməsi üzərində çalışıb.

"Prezidentliyə namizəd olan Co Baydeni dəstəklədiyimdən qürur duyuram. O, cəsarət, ümid və dürüstlüyü özündə cəmləşdirən bir liderdir", - deyə Pelosi vurğulayıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il 3 noyabr tarixində keçiriləcək.

Pərva Sultanova
Azvision.az


Teqlər: ABŞ   Seçki   Bayden  





Xəbər lenti