Kim Çen In məktub yazaraq sağ olduğunu sübut etdi

Kim Çen In məktub yazaraq sağ olduğunu sübut etdi
  27 Aprel 2020    Oxunub:4846
Şimali Koreya lideri Kim Çen In Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Sirul Ramapisa təbrik məktubu göndərib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, In həmkarını milli bayram münasibətilə təbrik edib.

"Fürsətdən istifadə edərək, dövlətlərimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daim genişlənəcəyinə və inkişafına əminliyimi ifadə edirəm", - deyə məktubda bildirilib.

Qeyd edək ki, KXDR lideri 11 apreldən bəri ictimaiyyət qarşısında görünməyib. Xarici mətbuatda onun ölüm xəbərləri yayımlanıb, amma bunlar hələ ki, təsdiqini tapmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kim-Çen-In   Şimali-Koreya   Məktub  





Xəbər lenti