Braziliya Prezidenti istintaqa cəlb oluna bilər

   Braziliya Prezidenti istintaqa cəlb oluna bilər
  28 Aprel 2020    Oxunub:1985
Braziliya Ali Federal Məhkəməsi keçmiş Ədliyyə naziri Sergio Moronun ölkə Prezidenti Jair Bolsonaruya qarşı irəli sürdüyü iddialarla əlaqədar istintaq prosesinin başladılması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə “Globo” portalı məlumat yayıb.

Bildirilib ki, istintaq üçün 60 gün vaxt ayrılıb. Braziliyanın keçmiş Ədliyyə naziri Sergio Moro ötən həftə federal polisdə rəhbər dəyişikliyi ilə əlaqədar Prezidentlə fikir ayrılıqları səbəbindən istefa verib və Bolsonarunu korrupsiya ilə bağlı işlərin araşdırılmasına cavabdeh olan agentliyin fəaliyyətinə müdaxilə etməkdə günahlandırıb.

Tezliklə Braziliya Baş Prokurorluğu Ali Federal Məhkəmədən Moronun Bolsonaru ilə bağlı iddialarının araşdırılmasını istəyib.

Qeyd olunub ki, Ali Federal Məhkəmə istintaqın başlanması barədə qərar qəbul etsə, Baş prokuror rəsmi şikayət verə biləcək. Bolsonaru isə öz növbəsində iddialardan sonra federal polisin köməyi ilə ailə üzvlərini qorumağa çalışmadığını bildirib.

Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti