Koçaryan yenidən xəstəxanaya yerləşdirildi

Koçaryan yenidən xəstəxanaya yerləşdirildi
  28 Aprel 2020    Oxunub:2975
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının ofisindən məlumat verilib.

Bildirilib ki, "İzmirlyan" Tibb Mərkəzinə aparılan Koçaryan əməliyyat sonrası müayinədən keçəcək. Nəticələrə uyğun olaraq sonrakı müalicələr təyin olunacaq.

Qeyd edək ki, Koçaryan ötən ilin oktyabr ayında əməliyyat edilib. O, bu müddət ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti