Ermənistanla sərhəddə quşlar kütləvi şəkildə tələf olur

Ermənistanla sərhəddə quşlar kütləvi şəkildə tələf olur
  28 Aprel 2020    Oxunub:3982
Türkiyənin Ermənistanla sərhədində yırtıcı quşlar naməlum səbəbdən tələf olur.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, Qars vilayətinin Akyaka rayonundan 6 kilometr aralıda, Ermənistanla sərhəddə yerləşən Küçükdurduran kəndində 7 şahin quşunun cəsədi aşkar edilib.

Kuyucuk Quş Gölü köçəri quşların keçid nöqtəsində yerləşir. Burada yırtıcı quşlara tez-tez rast gəlinir. Quşların kütləvi şəkildə tələf olması kənd əhalisini ciddi narahat edir. Onlar bildiriblər ki, şahinlərin ağızlarından köpük gəlib, bir müddət halsız nəfəs aldıqdan sonra tələf olublar.

Yerli sakinlər yoluxucu xəstəliyin olmasından qorxuya düşüblər. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Sərhəd   Ermənistan  





Xəbər lenti