Kərkükdə kamikadze özünü partlatdı, 4 nəfər öldü

Kərkükdə kamikadze özünü partlatdı, 4 nəfər öldü
  28 Aprel 2020    Oxunub:2650
İraqın Kərkük şəhərində İŞİD terror təşkilatının üzvü özünü partladıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə kəşfiyyat xidmətinin binası qarşısında baş verib.

Üzərinə bomba bağlayan kamikadze 4 təhlükəsizlik işçisinin ölümünə səbəb olub. Terror aktından sonra bina nəzarət altına alınıb və ikinci mümkün hücuma qarşı tədbirlər görülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İraq   terror  





Xəbər lenti