Kamal Cəfərov AŞPA-dakı nümayəndə heyətinin rəhbər müavini seçildi

  28 Aprel 2020    Oxunub : 4479
Kamal Cəfərov AŞPA-dakı nümayəndə heyətinin rəhbər müavini seçildi
Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
Azvision.az xəbər verir ki, deputat Kamal Cəfərov nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini seçilib.

"Bu, mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq.

Ona görə də nümayəndə heyətinin rəhbəri, hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli, bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm", - deyə deputat Kamal Cəfərov bildirib.

Azvision.az

Teqlər: Kamal-Cəfərov   Milli-Məclis   AŞPA   Deputat