Ermənistanda baş vermiş silahlı insidentin təfərrüatları

   Ermənistanda baş vermiş silahlı insidentin təfərrüatları
  29 Aprel 2020    Oxunub:3138
Ermənistanın Qavar rayonunda gecə saatlarında baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.
Azvision.az "News.am"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb. Qətlə yetirilənlərdən biri hərbi polis müstəntiqidir.

Hadisədən sonra şəhərdə vəziyyət gərginləşib. Belə ki, atışmada öldürülən müstəntiqin qohumları dəmir alətlərlə silahlanaraq polis əməkdaşlarının olduğu xəstəxanaya hücum çəkiblər. Onlar xəstəxananın əmlakını dağıtmağa başlayıblar, bundan sonra polis kordonunu yararaq palataya giriblər və yaralıların boğazını kəsməklə onları qətlə yetiriblər.

Xəstəxanada öldürülən şəxslər Armen və Xaçik adlı qardaşlardır. Silahlı insident zamanı ölənlərdən biri Qavarın Noratus kəndinin "Noratus ayısı" birliyinin üzvüdür.

Hadisə şahidlərinin sözlərinə görə, Qavardan və "Noratus ayısı" birliyindən olan yeniyetmələr mübahisə ediblər. Bu vaxt hərbi polisin müstəntiqi Zorik Paronikyan vəziyyətə müdaxilə edib və nəticədə atışma baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İnsident  





Xəbər lenti