Kabildə partlayış olub: Ölən və yaralılar var

Kabildə partlayış olub: Ölən və yaralılar var
  29 Aprel 2020    Oxunub:2469
Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında partlayış baş verib.
Azvision.az "Tolo News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayış Kabilin 11 kilometrliyində terrorçu-kamikadze tərəfindən törədilib. Partlayışın xüsusi təyinatlı qüvvələrin olduğu ərazidə baş verdiyi bildirilir.

Hadisənin məsuliyyətini hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kabil   Partlayış  





Xəbər lenti