Peruda məhbuslar qiyam qaldırdı - 9 nəfər öldürüldü

Peruda məhbuslar qiyam qaldırdı -  9 nəfər öldürüldü
  29 Aprel 2020    Oxunub:2958
Perunun paytaxtı Limada cəzaçəkmə müəssisəsilərindən birində qiyam baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, məhbuslar dövlətin koronavirusla qətiyyətsiz mübarizəsinə etiraz əlaməti olaraq qiyam qaldırıblar. Hadisə zamanı 9 dustaq ölüb. Çox sayda yaralının olduğu bildirilir.

Məhbusların öldürülməsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Peru   Lima   Koronavirus   Həbsxana   Qiyam  





Xəbər lenti