İspaniya iyunun sonunda normal həyata qayıdacaq

İspaniya iyunun sonunda normal həyata qayıdacaq
  29 Aprel 2020    Oxunub:2831
İspaniya iyun ayının sonunda karantin rejimini tamamilə aradan qaldırıb, normal həyata qayıda bilər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, hökumət ölkənin tədricən karantindən çıxmasına dair dörd mərhələdən ibarət plan qəbul edib.

Baş Nazir əlavə edib ki, bu mərhələlər 8 həftəyə kimi davam edəcək. Bütün bölgələrdə epidemiyanın inkişafı nəzarətə alınsa, iyunun sonunda İspaniya normal həyata qayıda bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti