Almaniyada həkimlər soyunaraq etiraz etdilər - FOTOLAR

 Almaniyada həkimlər soyunaraq etiraz etdilər -  FOTOLAR
  29 Aprel 2020    Oxunub:6232
Almaniyada bir qrup həkim tibbi geyim və ləvazimat çatışmazlığı səbəbindən etiraz aksiyasına başlayıb.

Azvision.az xəbər verir ki, həkimlər etiraz əlaməti olaraq çılpaq şəkillər çəkdirərək internet portalında paylaşırlar.
"Blanke Bedenken" (Çıplaq Qayğılar) adlı internet resursunda paylaşılan şəkillərdə həkimlər tibbi ləvazimat çatışmazlığına dövlətin diqqət yetirməsini tələb edirlər. Eyni zamanda, vurğulayırlar ki, həyat xilas etmək üçün həyatlarını riskə atırlar.



Həkimlərdən biri qeyd edib: "Biz ailə həkimləriyik. Sizi təhlükəsiz müalicə edə bilmək üçün qoruyucu vasitələrə ehtiyacımız var. Hazırda əlimizdə çox az sayda bu məhsullardan qalıb. Onlar bitdikdən sonra belə (çılpaq) görünəcəyik".



Qeyd edək ki, Almaniyada virusun tüğyan etməyə başlamasından etibarən həkimlər qoruyucu tibbi vasitələrin azlığından şikayət edirlər. Çətinliyin yaranmasına səbəb Almaniyada istehsalın azlığıdır. Çünki almanlar tibbi ləvazimatları Çindən idxal edirlər.

Səhiyyə Nazirliyinin ötən gün yaydığı məlumata görə, Almaniya yerli istehsalı gücləndirəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Almaniya   Həkim   Etiraz  





Xəbər lenti