Yeltsin və Putinin şəxsi pilotu vəfat edib

Yeltsin və Putinin şəxsi pilotu vəfat edib
  29 Aprel 2020    Oxunub:3617
Rusiya prezidentlərinin şəxsi pilotu Qriqori Beloded 73 yaşında vəfat edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun oğlu Yaroslav Beloded məlumat verib. Bildirib ki, atasına zəng çatmadığı üçün evə gedib və onun öldüyünü görüb.

"Atam son günə qədər sevimli işindən ayrılmadı. 2005-ci ildə yaşına görə "səmadan" getdi, ancaq yerdə Rusiya xüsusi uçuş dəstəsində işləməyə davam edirdi", - Y.Beloded qeyd edib.

Qriqori Beloded Rusiya xüsusi uçuş dəstəsində hələ ilk prezident Boris Yeltsinin dövründə heyət komandiri olaraq çalışıb. Daha sonra Prezident Vladimir Putinin şəxsi baş pilotu olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Yeltsin   Pilot  





Xəbər lenti