Erməni nazirin etirafı: “Bizi çətin günlər gözləyir”

     Erməni nazirin etirafı:    “Bizi çətin günlər gözləyir”
  29 Aprel 2020    Oxunub:4620
Ermənistanı qarşıdakı aylarda iqtisadi geriləmə gözləyir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan deyib. Onun sözlərinə görə, ikinci rübün əvvəlindən başlayaraq, iqtisadiyyatda mənfi göstəricilər qeydə alınacaq.

Xaçatryan, həmçinin bildirib ki, əvvəlki vəziyyəti gözləmək çətindir, mövcud şərtlərə uyğunlaşmaq lazımdır.

"Ən böyük mənfi göstəricilər birinci kvartalın son ayında olub", - deyən nazir qarşıda çətin günlərin olacağını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti