ABŞ səhvən göndərdiyi yardımları geri istəyir

ABŞ səhvən göndərdiyi yardımları geri istəyir
  29 Aprel 2020    Oxunub:2652
"Koronavirusla mübarizə çərçivəsində səhvən vəfat etmiş şəxslərə göndərilən yardım çeklərini miras sahibləri dövlətə geri qaytarmalıdır".
Azvision.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın maliyyə naziri Stiven Mnuçin çıxış edib.

O bildirib ki, problem sistemdə baş verən çatışmazlıq ucbatından baş verib və həmin çeklər mütləq geri alınacaq.

Qeyd edək ki, ABŞ-da təxminən 150 milyon vətəndaşın 1200 dollarlıq yardım alması planlaşdırılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Koronavirus   Yardım  






Xəbər lenti