Koronavirusa yoluxan erməni əsgər özünü güllələdi

  Koronavirusa yoluxan erməni əsgər özünü güllələdi
  29 Aprel 2020    Oxunub:4414
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa yoluxan erməni əsgər intihara cəhd edib.
Azvision.az xəbər verir ki, Enrik Zakaryan adlı hərbi qulluqçu koronovirus infeksiyasına yoluxduğu üçün tibb məntəqəsinə aparılıb, müayinə edildikdən sonra geri qaytarılıb.

Həkimlərin və komandanlığın laqeydliyindən hiddətlənən əsgər tabeliyində olan silahdan atəş açaraq özünü öldürmək istəyib. O, yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qarabağ   Koronavirus   Əsgər   İntihar  






Xəbər lenti