Almaniyada “Hizbullah”ın fəaliyyəti qadağan edildi

Almaniyada “Hizbullah”ın fəaliyyəti qadağan edildi
  30 Aprel 2020    Oxunub:3866
Almaniyanın Daxili İşlər naziri Horst Seehofer ölkədə Livanın “Hizbullah” təşkilatının fəaliyyətini qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

"Federal nazir Seehofer bu gün Almaniyada şiə terror təşkilatı "Hizbullah"ın (Tanrı partiyası) fəaliyyətini qadağan etdi. Səhər saatlarında bir neçə bölgədə polis tədbirləri həyata keçirilir", - deyə Stiv Alter vurğulayıb.

Qeyd edək ki, hələ ötən ilin dekabrında Bundestaq federal hökuməti Almaniyada Livanın "Hizbullah" hərəkatına qadağa qoymağa çağırmışdı. Deputatlar Almaniyada hərəkatın təxminən minə yaxın tərəfdarının olduğunu, ölkənin təşkilat tərəfindən döyüşçülərin sığınacaq yeri və logistika mərkəzi kimi istifadə edildiyini bildirmişdilər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti